“Xəzər Lənkəran”ın legioneri Türkiyəyə getdi
03.12.2010 - 18:49
“Xəzər Lənkəran” klubunun nigeriyalı futbolçusu Emeka Opara yenidən Türkiyəyə yollanıb. Apasport.az saytının məlumatına görə, hücumçunun səfərdə məqsədi yaxınlarda İstanbulda əməliyyat olunduğu “Acıbadem” klinikasında təkrar tibbi müayinədən keçməkdir.
Oktyabrda komandanın Antalyada keçirdiyi toplanış zamanı zədələnən Opara həmin klinikada diz meniskindən əməliyyat olunub. O, bundan sonra Azərbaycana qayıdaraq, qısa müddətli bərpa kursu keçib. Emekanın budəfəki səfəri zamanı məşqlərə nə vaxt başlaya biləcəyi aydınlaşacaq.
Mənbə: lankaranfc.com

- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
- 114 ittiham üzrə günahkar bilindi - “Mançester Siti” satıla bilər
- “Məlumatların silinməsi iddiası yalandır” - TFF-dən açıqlama
- Klubsuz qalan İkardi: “Mənim artıq hər şeyim var”
- İsmail Kartaldan çempionluq mesajı – Asensio qayıdır
0
0