Toni Adams: Onlar müdafiəyə daha çox diqqət yetirirlər
04.12.2010 - 01:22
Bu gün Unibank Premyer Liqasının XVI turu çərçivəsində səfərdə MOİK-lə qarşılaşacaq “Qəbələ” oyuna ciddi yanaşır. Apasport.az saytının xəbərinə görə, I dövrədə doğma meydanda “hərbçilər”lə heç-heçə edən əyalət təmsilçisi bu dəfə xal itirmək niyyətində deyil. Oyunla bağlı komandanın baş məşqçisi Toni Adams fikirlərini bildirib. İngilis mütəxəssis oyunun çətin keçəcəyini istisna etməyib: “İlk dövrədəki 0:0 hesablı heç-heçəni unutmamışıq. O vaxt MOİK əzmkarlıq nümayiş etdirərək 1 xal qazanmışdı. Bu dəfə də oyunun da çətin keçəcəyi istisna deyil. Çünki onlar müdafiəyə daha çox diqqət yetirirlər. MOİK-in müqavimətini qırmaq çətindir. AZAL-la və “Gəncə” ilə oyunlarına baxmışam. Gəncədə azlıqda qalsalar da, layiqli mübarizə apardılar. Bir xala layiq idilər, ancaq bacarmadılar”.
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
- 114 ittiham üzrə günahkar bilindi - “Mançester Siti” satıla bilər
- “Məlumatların silinməsi iddiası yalandır” - TFF-dən açıqlama
- Klubsuz qalan İkardi: “Mənim artıq hər şeyim var”
- İsmail Kartaldan çempionluq mesajı – Asensio qayıdır
0
0