Musayev Musayevə mükafat verdi
04.12.2010 - 01:34
Unibank Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında keçirilən çempionatda medal qazananların mükafatlandırma mərasimi olub. Tədbirdə çıxış edən Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev klubların əvəzedici heyətləri arasında çempionatın maraqlı və gərgin mübarizə şəraitində keçdiyini bildirib.
Musayev deyib ki, bu çempionatda çıxış edən elə futbolçular olub ki, onlar öz klublarının əsas heyətinə, oradan isə yığma komandaya dəvət olunublar. Prezident hesab edir ki, bu da futbolumuzdakı inkişafdan xəbər verir.
Musayev tədbirin gecikməsinə görə klublardan üzr istəyib. Daha sonra ötən çempionatda ilk 3 yeri tutan komandalara medallar təqdim olunub. "Qəbələ" klubunun əvəzedici heyəti bürünc, "İnter"in əvəzedici heyəti gümüş, "Qarabağ"ın əvəzedici heyətinə isə qızıl medal verilib. Çempionatın bombardiri, "Qəbələ"nin əvəzedici heyətində çıxış edən Rəhman Musayevə də xüsusi mükafat təqdim olunub.

0
0