“Yuventus” qənimini alır
04.12.2010 - 01:45
“Yuventus” qənimini alır
Bu il Avropa Liqasında sensasiya yaradan Polşa "Lex"i "Mançester Siti", "Yuventus" kimi klublara qarşı göstərdiyi oyunla böyük rəğbət qazandı. Apasport.az saytının xəbərinə görə, uğurlu çıxışın əsas səbəbkarlarından biri isə komandanın qolçusu Artyom Rudnevsdi. Futbolçunun Avroliqada nümayiş etdirdiyi oyun uzun müddətdi hücum xəttinə qolçu axtaran "Yuventus"un diqqətini cəlb edib.

Turinlilərin bu fikrə düşməsi əbəs deyil. Belə ki, Avroliqa çərçivəsində "Yuventus"la keçirilən 2 oyunda "Qoca sinyora"nı 4 dəfə cəzalandıran futbolçu komandanın diqqətindən yayına bilməzdi. Qışda "Yuve"yə transfer olunacağı iddia edilən Rudnevsin trasfer dəyəri 1 milyon avrodur.