“Birlik kuboku”nun bütün iştirakçıları bəlli oldu
04.12.2010 - 11:07
Sankt-Peterburqda keçiriləcək “Birlik kuboku” turnirində mübarizə aparacaq bütün komandalar müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “İnter”in də qatılacağı yarışda həmişə olduğu kimi, 16 komanda qüvvəsini sınayacaq.
Turnirin təşkilatçıları Gürcüstanın kubokdan imtina etməsindən sonra onları Rusiyanın gənclər yığması əvəzləməyi qərara alıb. Beləliklə, “Birlik kuboku”nda “Bunedkor” (Özbəkistan), “Ekranas” (Litva), “İskra-Stal” (Moldova), “İnter” (Azərbaycan), “Şaxtyor” (Ukrayna), “Skonto” (Latviya), “Şaxtyor” (Belarus), “Flora” (Estoniya), “İstiklal” (Tacikistan), “Neftçi” (Qırğızıstan), “Pünik” (Ermənistan), “Nebitçi” (Türkmənistan), “Tobol” (Qazaxıstan), HİK (Finlandiya), “Zenit” (Rusiya) və Rusiyanın gənclər yığmasının oynayacağı dəqiqləşib.
Qeyd edək ki, turnir yanvarın 14-23-də keçiriləcək.

0
0