“Qalatasaray” xiyar atəşinə tutuldu - FOTO
04.12.2010 - 14:57
Superliqada uğursuz oyun nümayiş etdirən “Qalatasaray” “Kasımpaşa” ilə oyun ərəfəsində şok yaşayıb. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, “sarı-qırmızılı” klub dünən axşam məşqi zamanı 50-ə yaxın azarkeşin etiraz aksiyası ilə qarşılaşıb.
Belə ki, hazırlıq zamanı komandanın fanatları “Qalatasaray”ı xiyar və fişəng “atəşinə” tutublar. Azarkeşlər bununla kifayətlənməyib, Floriya bazasına bir plakat da yazıb vurublar: “Bu xiyarlardan atlama düzəltmək olar. Amma sizdən heç nə olmaz”.
Aksiyanı hadisə yerinə təcili çağırılan polislər dağıdıblar və şübhəli bilinən 15 nəfəri saxlayıblar.
Qeyd edək ki, “Qalatasaray” “Kasımpaşa” ilə bu gün səfərdə oynayacaq.

- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
0
0