“Bu cür oyunlarda bir qol hər şeyi həll edir” - FOTO
04.12.2010 - 18:45
“Çətin oyun oldu, belə qarşılaşmalarda çox qol vurulmur”. Apasport.az saytının xəbərinə görə, bunu “İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadze deyib.
Unibank Premyer Liqasının XVI turunun “Qarabağ”la oyunundan sonra keçirilən mətbuat konfransında fikirlərini açıqlayan gürcü çalışdırıcının sözlərinə görə, qarşılaşma heç də baxımlı olmayıb: “Standard vəziyyətdən qol buraxdıq, öz yaratdığımız imkanlardan isə istifadə edə bilmədik. Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. Baxımlı oyun alınmasa da, meydanda mübarizə var idi. Bu cür oyunlarda bir qol hər şeyi həll edir".
Qeyd edək ki, “İnter” “Qarabağ”a 0:1 hesabı ilə uduzub.

- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
0
0