“Ronaldonu oğurlayacağıq!”
06.12.2010 - 12:46
2022-ci ildə keçiriləcək dünya çempionatında Portuqaliya yığmasının futbolçusu Kriştiano Ronaldonun oğurlanması planı hazırlanır. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, Əl-Qaidə terror təşkilatı Qətərdə təşkil ediləcək mundialda “Real”ın ulduzunu qaçıracaqları ilə bağlı məlumat yayıb. Bu “İntelligence Group” adlı kəşfiyyatçılarının rəsmi saytında Ebu Kubeib el-Korasininin imzası ilə yazılan məktubda öz əksini tapıb.
Lakin terror təşkilatının futbolu yaxşı bilməməsi onların planlarını alt-üst edə bilər. Çünki 2022-ci ildə Ronaldonun 37 yaşı olacaq və onun həmin vaxt Qətərə yollanması sual altındadır. Yarımmüdafiəçi bu yaşda karyerasını bitirə də bilər.

0
0