“Xəzər Lənkəran” daha bir futbolçu ilə vidalaşdı - FOTO
06.12.2010 - 13:55
“Xəzər Lənkəran” daha bir futbolçu ilə vidalaşdı - FOTO
“Xəzər Lənkəran” klubunda komanda daxili iclas keçirilib. Apasport.az saytının məlumatına görə, bir sıra cari məsələlərə və gələcək planlara həsr olunmuş yığıncaqda əsas diqqət qarşıdan gələn qış “transfer pəncərəsi”nə yönəlib. Tədbirdə uşaq futbolunun inkişaf yolları da müzakirə olunub.

İclasda Kristian Kabralın transferə çıxarılması qərara alınıb. Bu, klub prezidenti Mais Mənsimovun baş məşqçi Mirça Redniklə məsləhətləşmələrindən sonra zəruri sayılıb.

Qeyd edək ki, braziliyalı yarımmüdafiəçi bu ilin yanvarından “Xəzər Lənkəran”da çıxış edirdi. O, argentinalı Dieqo Ruizdən sonra transferə çıxarılan növbəti cənubi amerikalı olub.

Mənbə: lankaranfc.com