5 ən yaxşıdan ikisi “Neftçi”də
06.12.2010 - 13:58
5 ən yaxşıdan ikisi “Neftçi”də
Bakının “Neftçi” klubunun qapıçısı Rauf Mehdiyev ardıcıl 4-cü dəfə meydanı qol buraxmadan tərk edib. Apasport.az saytının məlumatına görə, 34 yaşlı futbolçu Premyer Liqanın XVI turunun AZAL-la görüşündə “quru dəqiqə”lərinin sayını 389-a çatdırıb.

Sonuncu dəfə XII turun “İnter”lə görüşünün 61-ci dəqiqəsində qapısında qol görən Mehdiyevi Petar Zlatinovdan sonra məyus edən tapılmır. “Muğan”, “Qəbələ” və “Qarabağ”ın ardından “təyyarəçilər” də Raufun qoruduğu “qala”ya “mərmi” ata bilmədilər.

Bununla, Rauf mövsümün 5 ən yaxşı qapıçısının imza atdığı seriyalar sırasına daxil olub. Bu cədvəldə hələlik 5-ci olan qapıçı seriyası davam etdiyindən daha da irəliləyə bilər.

Qeyd edək ki, “Neftçi” “Top-5”də iki qapıçı ilə təmsil olunan yeganə komandadır.

1. Pavel Doroşev (“Qəbələ”) – 817 (davam edir)
2. Kamran Ağayev (“Xəzər Lənkəran”) – 720
3. Paulius Qribauskas (“Neftçi”) – 549
4. Cahangir Həsənzadə (AZAL) – 455
5. Rauf Mehdiyev (“Neftçi”) – 389 (davam edir)