Tuyqun Nadirov: Bu hal Azərbaycan futboluna baş ucalığı gətirmir
06.12.2010 - 14:38
Tuyqun Nadirov: Bu hal Azərbaycan futboluna baş ucalığı gətirmir
“Tovuzdakı qarşılaşmada hakimlər briqadası görüşü o qədər də yüksək səviyyədə idarə etmədi”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran” klubunun vitse-prezidenti Tuyqun Nadirov deyib.

Nadirov Premyer Liqanın XVI turunun “Turan”la oyununda baş verənlərə münasibət bildirərək qeyd edib ki, ləğv olunan qol çoxsaylı hakim səhvlərindən yalnız biridir. O, honduraslı futbolçuları Allan Lalinin qolunun əvvəl qeydə alınıb, müəyyən mübahisələrlə qısa fasilədən sonra ləğv olunmasının futbolumuza yaraşmadığını bildirib: “Hamı ləğv olunan qol epizodundan danışır. Lakin səhv olan təkcə həmin epizod deyildi. Matç ərzində bir sıra səhvlər də qeydə alındı. Həmin ləğv olunan qol epizodunda isə matç 7-8 dəqiqə dayandıqdan sonra davam etdirildi. Bircə onu deyə bilərəm ki, bu hal Azərbaycan futboluna başıucalığı gətirmir”.