Ermənilər də “Birlik kuboku”ndan imtina etdilər
06.12.2010 - 14:59
İrəvanın “Pünik” klubu “Birlik kuboku” turnirində oynamaqdan imtina edib. Apasport.az saytının məlumatına görə, Ermənistan çempionu gələn ilin yanvarında 19-cu dəfə təşkil olunacaq ənənəvi yarışda çıxış etməmək qərarına gəlib.
Bu, turnirin yeni mövsümə yaxşı hazırlaşmaq istəyən “Pünük”in planlarına daxil olmamağı ilə izah olunur. Belə ki, təşkilatçıların yarışa əsas heyət göndərmək tələbi ermənilərə sərf etməyib.
“Pünik”ə qədər Belarus çempionu BATE, bürünc mükafatçı “Minsk”, Moldovanın ən yaxşısı olan “Şerif” klubları da eyni addımı atmışdılar. Gürcüstan isə ümumiyyətlə turnirdə təmsil olunmamağa qərar verib.
Qeyd edək ki, gələn il yanvarın 14-23-də Sankt-Peterburqda keçiriləcək turnirdə Azərbaycanı son ölkə çempionu “İnter” təmsil edəcək.

0
0