Stelian Stanku - 62
06.12.2010 - 15:15
Unibank Premyer Liqasının XVI turu “Xəzər Lənkəran” klubunun rumıniyalı futbolçusu Stelian Stanku üçün əlamətdar olub. Apasport.az-ın cənub komandasının rəsmi saytına istinadən məlumatına görə, sağ cinah yarımmüdafiəçisi “Turan”la səfər görüşünün (2:1) taleyini həll edən qolu vurmaqla ölkəmizdəki karyerasında ilk dəfə fərqlənib.
Bununla, Stanku “Xəzər Lənkəran”ın formasında qol sevinci yaşayan 62-ci, bu siyahıya cari mövsümdə daxil olan 6-cı futbolçu olub. Lənkəranlıların bu yay transfer etdiyi argentinalı hücumçu Dieqo Ruiz, millimizin müdafiəçisi Elnur Allahverdiyev, rumıniyalılar Katalin Doman, Konstantin Arbanas və kosta-rikalı Uinston Parks da komandada qol hesabını çempionatın əvvəlki 15 oyununda açmışdılar.
Qeyd edək ki, bu 62 futbolçudan başqa 4 rəqib oyunçusu da “Xəzər Lənkəran” üçün fərqləniblər. Onlar bunu öz qapılarına qol vurmaqla ediblər.

- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI
0
0