“Qarabağ”la 100 oyun
06.12.2010 - 15:39
Sabah keçiriləcək NBC Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Turan”la oyunu Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, indiyədək ağdamlıları 99 matça çıxaran 38 yaşlı mütəxəssis 100-cü dəfə klubun “sükanı arxasında” dayanacaq.
Bir müddət əvvəl Premyer Liqada (2 klubla üst-üstə) 100-cü oyununun yubileyini qeyd edən Qurbanov bu dəfəki yubileyə birini də əlavə edə bilər. Belə ki, “Qarabağ”ın qələbəsi çalışdırıcısının rəhbərliyi altında qazanılacaq 50-ci uğur olacaq.
Qeyd edək ki, Qurbanov 2008-ci ilin yayında “Qarabağ”ın baş məşqçisi təyin olunub.

Mövsüm | turnir | O | Q | H | M | T | X |
2008/09 | Çempionat | 26 | 14 | 7 | 5 | 35-22 | 49 |
| Kubok | 7 | 5 | 2 | 0 | 9-2 | 17 |
2009/10 | Avroliqa | 6 | 3 | 2 | 1 | 5-4 | 11 |
| Çempionat | 32 | 14 | 12 | 6 | 31-26 | 54 |
| Kubok | 4 | 2 | 1 | 1 | 6-2 | 7 |
2010/11 | Avroliqa | 8 | 4 | 2 | 2 | 12-11 | 14 |
| Çempionat | 16 | 7 | 3 | 6 | 16-12 | 24 |
Cəmi | Çempionat | 74 | 35 | 22 | 17 | 82-60 | 127 |
| Kubok | 11 | 7 | 3 | 1 | 15-4 | 24 |
| Avroliqa | 14 | 7 | 4 | 3 | 17-15 | 25 |
| YEKUN | 99 | 49 | 29 | 21 | 114-79 | 176 |
Qeyd edək ki, Qurbanov 2008-ci ilin yayında “Qarabağ”ın baş məşqçisi təyin olunub.
0
0