Ya “Xəzər Lənkəran”, ya da “Rapid”
09.12.2010 - 11:30
Rumıniyanın “Dinamo” klubu islahatlara başlayıb. Apasport.az saytının məlumatına görə, Buxarest təmsilçisi “Xəzər Lənkəran”ın maraq dairəsində olan seneqallı futbolçusu Osman N’Doyeni də transferə çıxarıb.
32 yaşlı afrikalı yarımmüdafiəçi mətbuat konfransı keçirərək, gələcək karyerası haqda fikirlərini açıqlayıb. O bildirib ki, hazırda onun üçün 2 variant var: “Ya Azərbaycanın “Xəzər Lənkəran”, ya da Buxarestin “Rapid” klubuna keçəcəyəm”.
Osman, həmçinin lənkəranlılarla pul məsələsində ortaq məxrəcə gəlməkdə çətinlik çəkdiyini də açıqlayıb. Seneqallının sözlərinə görə, “Xəzər Lənkəran” ona ayda maksimum 23 min avro ödəməyə hazırdır. Osman isə daha çox – 30 min almaq istəyindədir.

0
0