Yığmamızın kapitanı “Fənərbaxça” ilə oyunun ən yaxşısı seçildi
09.12.2010 - 11:32
Voleybol üzrə Çempionlar Liqasının III turunda “Dinamo” – “Fənərbaxça” oyunu Azərbaycan yığmasının kapitanı Oksana Parxomenko üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, həmyerlimiz “sarı-lacivərdlilər”i Moskvada 3:0 (25:21, 25:16, 25:17) hesabı ilə məğlub edən paytaxt komandasının ən yaxşısı seçilib.
Toppaylayıcımız ilk dövrəni məğlubiyyətsiz başa vuran “Dinamo”ya 5 xal qazandırsa da, hücumların təşkilində gözəl oyun nümayiş etdirdiyi üçün fərqlənib.
Parxomenko qarşılaşmadan sonra qələbə qazandıqları üçün xoşbəxt olduqlarını bildirib: “Biz artıq 3 oyunu qələbə ilə başa vurduq. Çalışacağıq ki, bu uğuru davam etdirək”.
Qeyd edək ki, Parxomenko “Fənərbaxça”da da legioner həyatı yaşayıb.

0
0