Foqtsun Rusiyadan yığmaya çağırdığı futbolçu kimdir?
09.12.2010 - 18:45
Foqtsun Rusiyadan yığmaya çağırdığı futbolçu kimdir?
Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts Rusiyada oynayan futbolçunu sınaqdan keçirəcək. Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssis gələn həftə Bakıda 4 günlük təlim-məşq toplanışına 21 yaşlı yarımmüdafiəçi Babək Nəbiyevi dəvət edib.

1989-cu il iyulun 22-də anadan olan Babək 1,78 metr boya, 73 kq çəkiyə malikdir. Rusiya vətəndaşlığını daşıyan həmyerlimizin qısa karyerası II divizionla bağlıdır. 2008-ci ildə “Zelenoqrad”da oynayan Babək son mövsümü iki klubda keçirib.

Belə ki, Mərkəz zonasının təmsilçisi olan Moskvanın “Nika” klubunda yaya kimi oynayan Vəliyev ardından Barnaul “Dinamo”suna keçib. O, Şərq zonasının təmsilçisində 2 oyun keçirib. Babək hazırda klubsuzdur.