Ruslan Poladov 18-cidir
10.12.2010 - 10:21
Ruslan Poladov 18-cidir
Azərbaycan kubokunun 1/8 final mərhələsinin “MKT-Araz” klubu ilə oyununda “Xəzər Lənkəran”ı kapitan kimi meydana çıxaran Ruslan Poladov ilk dəfə bu şərəfə nail olub. Apasport.az saytının məlumatına görə, 31 yaşlı müdafiəçi bununla da komandanın tarixinə düşüb.

Belə ki, cənub klubunda indiyədək heç vaxt meydana kapitan sarğısı ilə çıxmayan Poladov buna nail olan 18-ci futbolçu olub.

Qeyd edək ki, bu mövsüm “Xəzər Lənkəran”ı 5 kapitan meydana çıxarıb. Ruslandan əvvəl Kamran Ağayev, Alim Qurbanov, Xaqani Məmmədov, Rahid Əmirquliyev də buna nail olublar. Onlardan 3-ü – Xaqani, Rahid və Ruslan ilk dəfə bu mövsüm kapitan kimi debüt ediblər.

“Xəzər Lənkəran”ın kapitanları

1. Mahmud Qurbanov - 59
2. Kamran Ağayev - 51
3. Emin Quliyev - 25
4. Samir Əliyev - 24
5. Zaur Ramazanov - 23
6. Dmitri Kramarenko - 19
7. Arif Əsədov - 14
8. Elmar Baxşıyev - 10
9. Bəxtiyar Musayev - 4
10. Alim Qurbanov - 3
11-12. Füzuli Məmmədov - 2
Junior Osvaldo - 2
13-18. Aleksandr Martyoşkin - 1
Ədəhim Niftəliyev - 1
Rəşad Abdullayev - 1
Rahid Əmirquliyev - 1
Xaqani Məmmədov - 1
Ruslan Poladov - 1

Mənbə: lankaranfc.com