Ruslan Abışovu noyabrın ən yaxşısı seçdilər
10.12.2010 - 10:42
“Neftçi” klubunun futbolçusu Ruslan Abışov noyabr ayının ən yaxşı futbolçusu seçilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionatının sponsoru Unibank tərəfindən internet vasitəsilə keçirilən səsvermədə 23 yaşlı müdafiəçi hamıdan çox xal yığıb.
“2010-ci ilin noyabr ayının ən yaxşı oyunçusu kimdir” sualına cavab verənlərin 305-i Ruslanı hamıdan yaxşı sayıb. Bu da Azərbaycan milli komandasının futbolçusunun ən yaxşı seçilməsinə kifayət edib.
Mənbə: neftchifc.com

0
0