Morten Olsen: Bu, onlar üçün bir şansdır
10.12.2010 - 11:23
Gələn ilin əvvəlində Azərbaycanla yoldaşlıq oyunu keçirəcək Danimarka yığmasının baş məşqçisi Morten Olsen Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) baş tutacaq toplanış haqda fikirlərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, 61 yaşlı mütəxəssis ölkə xaricində çıxış edən futbolçuların 2 həftəlik hazırlıqlara qatılmamağına münasibət bildirib.
10 ildir çalışdırdığı komandaya yalnız Danimarka çempionatında top qovanları dəvət edəcək Olsen bunu “Kopenhagen”in futbolçuları üçün göydəndüşmə sayır: “Təbii ki, bu, Vilyam Kvist, Mattias Yorgensen, Martin Vinqaardın yığmada özünü sübut edib, möhkəmlənməsi üçün bir şansdır. Onlar Çempionlar Liqasındakı uğurlu çıxışdan sonra klublarını millidə təmsil edəcəklər. Həmin futbolçuları əvvəllər də yığmada sınamışıq. Lakin indi onlar “Kopenhagen”dəki kimi, bizi inandırmalıdırlar ki, yığmaya layiqdirlər”.
Qeyd edək ki, Azərbaycan – Danimarka oyunu gələn ilin yanvar-fevral aylarında BƏƏ-də keçiriləcək.

0
0