Premyer Liqanın təqvimində növbəti dəyişiklik
10.12.2010 - 11:09
Azərbaycan çempionatının təqvimində növbəti dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, əksər klubların Peşəkar Futbol Liqasına (PFL) müraciəti müsbət cavablandırılıb.
Belə ki, klublar PFL-ə ünvanladıqları məktubda qarşıdan gələn bayramlarla əlaqədar XIX turun oyunlarının daha tez tarixdə keçirilməsini xahiş etmişdilər. Bu səbəbdən də yuxarıda göstərilənləri nəzərə alan PFL rəhbərliyi növbəti 2 turun oyunlarının vaxtında dəyişikliklər edib.
XVIII turun “Qarabağ” – “Muğan” matçı 19 dekabr 2010-cu il tarixindən bir gün əvvələ keçirilib. İlin sonuncu, XIX turunda isə 5 qarşılaşmanın tarixi dəyişdirilib. Yalnız “Qəbələ” və “Bakı” arasında matç əvvəlcədən planlaşdırıldığı kimi, ayın 25-də oynanılacaq. Digərləri isə 2 gün əvvəl - dekabrın 23-də oynanılacaq. “Neftçi” – “Turan” və “İnter” – “Gəncə” oyunları 25-dən, “Xəzər Lənkəran” – “Qarabağ”, “Muğan” – AZAL, “Simurq” – MOİK qarşılaşmaları isə 26-dan əvvələ keçirilib.

0
0