“Neftçi”yə ikinci zərbə, “Xəzər Lənkəran” zirvədə
11.12.2010 - 19:52
 “Neftçi”yə ikinci zərbə, “Xəzər Lənkəran” zirvədə
Bu gün Unibank Premyer Liqasında növbəti görüşlər keçirilib. Apasport.az saytının məlumatına görə, XVII turda qeydə alınan nəticələrdən sonra turnir cədvəlində lider dəyişib.

Öz meydanında “Bakı”ya məğlub olan “Neftçi” uzun müddətdir qərarlaşdığı zirvəni əldən verib. “Ağ-qaralar” əvvəl öz oyunçusu Denis Silvanın avtoqoluna, sonra isə Jabadan alınan zərbəyə üzülüblər. Düzdür, ilk qolun Stefan Borbikonidən gəldiyi də iddia olunurdu. Amma matçın rəsmi protokolunda da Denisin öz qapısına qol vurduğu qeyd edilib.

Mövsümdə ikinci dəfə uduzmaqla zərbə alan bakılıların büdrəməsi “Xəzər Lənkəran”ın xeyrinə olub. “Gəncə” üzərində minimal hesablı qələbə Mirça Rednikin yetirmələrini ilk pilləyə yüksəldib.

Ümumiyyətlə, turun 6 oyunundan 4-də eyni – 1:0 hesabı qeydə alınıb. “Qəbələ” və “Muğan” evdə müvafiq olaraq “Turan”la MOİK-i, “Qarabağ” isə səfərdə autsayderlər qrupunun digər sakini “Simurq”u 1 qolla keçib. Hər iki komandanın qol vurduğu yeganə oyunda isə “İnter”lə AZAL qalibi müəyyən edə bilməyib.

11 dekabr

“Simurq” - “Qarabağ” - 0:1
Qol: Aftandli Hacıyev, 77
Hakimlər: Əfqan Həmzəyev, Aleksandr Musatkin, Yaşar Abbasov, Teymur Fərhadov
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu
İlk dövrədəki oyun – 2:3

“Qəbələ” - “Turan” - 1:0
Qol: Nodar Məmmədov, 32
Hakimlər: Elçin Məmmədov, Azad Q. Hüseynov, Zeynal Zeynalov, Elvin Əsgərov
Qəbələ. Şəhər stadionunun ehtiyat meydançası
İlk dövrədəki oyun – 1:0

“Muğan” - MOİK - 1:0
Qol: Miloş Zeçeviç, 26-pen.
Qırmızı vərəqə: Elçin Həşimov, 90+3 (MOİK)
Hakimlər: Vüsal Əliyev, Azad Ə. Hüseynov, Roman Vasilyev, Ceyhun Haşımov
Salyan. Olimpiya İdman Kompleksinin stadionu
İlk dövrədəki oyun – 2:3

“İnter” - AZAL - 1:1
Qollar: Petar Zlatinov, 61 - Qvidas Yuşka, 71
Hakimlər: Fariz Yusifov, Coşqun Həsənov, Vaqif Musayev, Orxan Məmmədov
Bakı. "Şəfa" stadionu
İlk dövrədəki oyun – 0:5

“Xəzər Lənkəran” - “Gəncə” -1:0
Qol: Allan Lalin, 78
Hakimlər: Elnur Muradov, Elman Musayev, Munis Abdullayev, Əmrah İbrahimov
Lənkəran şəhər mərkəzi stadionu
İlk dövrədəki oyun – 1:4

“Neftçi” - “Bakı” - 0:2
QOLLAR: Denis Silva, 43 - öz qapısına, Jaba, 75
Hakimlər: Rövşən Əhmədov, Mehman Mahmudov, İlham Əliyev, Əliyar Ağayev
Tofiq Bəhramov adına Respublika stadionu
İlk dövrədəki oyun – 2:0

1

Xəzər Lənkəran

17

11

4

2

20-8

37

2

Neftçi

17

10

5

2

30-9


3
5

3

AZAL

17

9

6

2

23-9

33

4

Qəbələ

17

8

5

4

17-7

29

5

İnter

17

8

4

5

14-12

28

6

Qarabağ

17

8

3

6

16-12

27

7

Bakı

17

7

4

6

24-18

25

8

Gəncə

17

5

7

5

23-21

22

9

Muğan

17

4

5

8

8-19

17

10

Turan

17

2

5

10

13-26

11

11

Simurq

17

2

4

11

10-26

10

12

MOİK

17

1

2

14

5-37

5



Bombardir: Bahodir Nasimov (Neftçiİ) - 14.