“Mazembe” klubu dünya çempionatının yarımfinalına çıxdı
11.12.2010 - 11:10
“Mazembe” klubu dünya çempionatının yarımfinalına çıxdı
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə keçirilən klublararası dünya çempionatının ilk yarımfinalçısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Konqonun “Mazembe” klubu 1/4 finalda Meksikanın “Paçuka” komandasına 1:0 hesabı ilə qalib gələrək, mübarizəni davam etdirəcək. Afrikalıların yarımfinalda rəqibi Braziliyanın “İnternasional” klubu olacaq. Braziliyalılar kimi UEFA Çempionlar Liqasının son qalibi olan İtaliyanın “İnter” klubu da birbaşa yarımfinalda oynayacaq. Onun rəqibi bu gün “Seonqnam”la (Cənubi Koreya) “Əl-Vəhd” (BƏƏ) arasında keçirilən 1/4 final oyununda bilinəcək.