AFFA qalibləri yenə “Landmark”da mükafatlandıracaq
11.12.2010 - 11:18
Milli komandaların ən yaxşı futbolçularının mükafatlandırılacağı məkan müəyyənləşib. Apasport.az saytının məlumatına görə, AFFA ardıcıl ikinci il futbol ictimaiyyətini “Landmark” Biznes Mərkəzinin “Rotunda” zalına yığacaq. Dekabrın 21-də saat 12:30-da həmin məkanda yığmalarının ən yaxşı futbolçularının seçilməsi ilə bağlı AFFA tərəfindən təşkil olunmuş sorğunun qaliblərinin mükafatlandırma mərasimi keçiriləcək. Maraqlıdır ki, ötən il də “Ladmark”ın “Rotunda” zalındakı analoji tədbir dekabrın 21-də keçirilmişdi.
Qeyd edək ki, mükafatlardan birini bu il millimizdə ən çox oyun keçirən (9 oyun, 810 dəqiqə) vitse-kapitan Mahir Şükürov alacaq.
Mənbə: affa.az
Qeyd edək ki, mükafatlardan birini bu il millimizdə ən çox oyun keçirən (9 oyun, 810 dəqiqə) vitse-kapitan Mahir Şükürov alacaq.
Mənbə: affa.az
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI
0
0