İker Kasilyas sabah şəxsi rekordunu edəcək
11.12.2010 - 12:12
Sabah Madridin “Real” klubunun qapıçısı İker Kasilyas şəxsi rekordunu edəcək. Apasport.az saytının məlumatına görə, İspaniya yığmasının da əsas qapıçısı olan Kasilyas XV turda “Saraqosa” klubu ilə səfər görüşündə meydana çıxmaqla, komandasının heyətində Primeroda 400-cü oyununa çıxacaq. Bu isə o deməkdir ki, 29 yaşlı İker artıq cari mövsümdə klubun mütləq rekordçusu ola biləcək. Onun Miçel (404 oyun), Kamaço (414) və Pirri (414) keçməsinə az qalıb.
Qeyd edək ki, yığmasının kapitanı kimi son iki ildə həm, Avropa, həm də dünya çempionu olan İker “Real”da 1999-cu ilin sentyabrın 12-də Bilbaonun “Atletik” klubu ilə görüşdə debüt edib. Həmin vaxt onun cəmi 18 yaşı olub.

0
0