“Ronaldonun bizi axmaq yerinə qoymasına imkan vermərik”
11.12.2010 - 12:25
Tanınmış danimarkalı FİFA hakimi Klaus Bo Larsen dünyanın ən bahalı futbolçusu olan Kriştianu Ronaldonu kəskin tənqid edib. Apasport.az saytının məlumatına görə, Larsen Madridin “Real” klubunun portuqaliyalı yarımmüdafiəçisini simulyasiya etməkdə günahlandırıb. Onun fikrincə, Ronaldo tez-tez cərimə meydanında qəsdən yıxılmaqla, penalti qazanmağa çalışır: “O, bunu həmişə düz yerdə etməklə, cərimə zərbəsi vurmaq hüququ qazanmaq istəyir. Bu, xüsusilə “Real”ın ev oyunlarına aiddir. Hakimlər daim oyundan öncə Ronaldonun belə hərəkətlərini müzakirə edir. Kriştianu yerdə qalıb, istədiyinə çatmayanda, həmişə gülür. Başa düşür ki, aktyorluq bacarığında böyük nailiyyətlər əldə etməyib. Ancaq biz axmaq yerində qalmamaq üçün nə etmək lazım olduğunu bilirik və buna imkan vermərik”.
0
0