Ronaldinyo “Beşiktaş”a keçidinə razılıq verdi
11.12.2010 - 13:01
Ronaldinyo “Beşiktaş”a keçidinə razılıq verdi
Məşhur braziliyalı futbolçu Ronaldinyo “Beşiktaş” klubuna keçidinə razılıq verdi. Apasport.az saytının məlumatına görə, “Milan”ın 30 yaşlı yarımmüdafiəçisi “Qara Qartallar”ın yayda transfer etdiyi ispaniyalı Quti, portuqaliyalı Rikardo Kuaresma kimi ulduzlarla bir komandada oynamaq istədiyini bildirib. 2008-ci ilin yayında böyük ümidlərlə İtaliyaya gələn Ronaldinyo hələ də orada istənilən oyunu göstərmir, xoşbəxt deyil. O, bu üzdən menecerinin vasitəçiliyi ilə “Beşiktaş”a xəbər göndərərək, onun formasını geymək istədiyini bildirib. “Milan”la anlaşması gələn ilin iyunun 30-da bitəcək braziliyalı transfer üçün meneceri ilə yanaşı, qardaşı Roberto da Asisi işə qarışdırıb.