Vurğun Hüseynov “Qəbələ”yə qayıdır
11.12.2010 - 14:15
Azərbaycan yığmasının futbolçusu Vurğun Hüseynov “Qəbələ” klubuna qayıdır. Apasport.az saytının məlumatına görə, 21 yaşlı müdafiəçi qış fasiləsində kapitanı olduğu “Turan”ı keçmiş komandasına dəyişəcək. Tovuz futbol məktəbinin yetirməsi olan Vurğun 2009-cu ilin qışında “Turan”dan məhz “Qəbələ”yə keçərək, orada ilyarım oynadı. Göründüyü kimi, həmin ssenari təkrarlanır. Ancaq fərq ondadır ki, Hüseynov bu dəfə birdəfəlik transfer olunacaq. Çünki o,vaxtilə “Qəbələ”də icarə əsasında oynayırdı. Vurğun yığma üzvü olduğunu nəzərə alaraq, autsayder “Turan”da yox, güclü klubda oynamaq istəyir. Elə bu istəklə onu transferə çıxaran “Turan” rəhbərliyi satışından qazanc götürmək fikrindədir. “Altılığ”a düşməsi real olan “Qəbələ”nin iddiasının artması gənc futbolçunun maraqlarına uyğun gəlir.
Qeyd edək ki, Hüseynov ötən mövsüm bitəndən sonra “Xəzər Lənkəran”a keçidə çox yaxın olsa da, sonda bu, maddi səbəblərdən baş tutmadığından, müqaviləsi olduğu “Turan”a qayıtdı.
Qeyd edək ki, Hüseynov ötən mövsüm bitəndən sonra “Xəzər Lənkəran”a keçidə çox yaxın olsa da, sonda bu, maddi səbəblərdən baş tutmadığından, müqaviləsi olduğu “Turan”a qayıtdı.
0
0