Qyoko Hacıyevskidən məğlublara təbrik
11.12.2010 - 17:05
Qyoko Hacıyevskidən məğlublara təbrik
“Komandamız məğlub olsa da, bütün futbolçularımı təbrik edirəm”. Apasport.az saytının xəbərinə görə, bunu “Simurq”un baş məşqçisi Qyoko Hacıyevski deyib.

Makedoniyalı mütəxəssis Premyer Liqanın XVII turunda “Qarabağ”a məğlub (0:1) olduqları görüşdən sonra futbolçularından razı qaldığını bildirib: “Onlar bütün xətlərdə baxımlı oyun göstərdilər. Buraxdığımız bir səhv qapımıza qol ilə nəticələndi, təcrübəsizlik burada öz sözünü dedi. Rəqibin bizdən az da olsa təcrübəli olduğu hiss olunurdu”.