Revaz Dzodzuaşvili: Bu oyun bir daha sübut etdi ki, futbol - böyük bir sirrdir
11.12.2010 - 17:34
“Bu oyun bir daha sübut etdi ki, futbol - böyük bir sirrdir”. Apasport.az saytının xəbərinə görə, bunu “Turan”ın baş məşqçisi Revaz Dzodzuaşvili “Qəbələ” ilə oyunsonrası mətbuat konfransında deyib.
Gürcü çalışdırıcı bildirib ki, komandası yaxşı mübarizə aparıb: “Hər şey etdik, ancaq qələbə qazana bilmədik. Gələcək oyunlarda qələbə qazanmağa çalışacağıq".
Dzoudaşvilinin həmkarı Toni Adams isə rəqibin yaxşı oynadığını söyləyib: “Hər iki komanda bundan öncə kubokda oynamışdı, lakin "Turan"ın bugünkü oyuna hazırlaşmaq üçün bir gün artıq vaxtı var idi. "Neftçi" İSM ilə oyunda iki yerli futbolçumuz zədələndiyindən bu gün komandamıza kömək edə bilmədilər. Futbolçularımda yorğunluq hiss olunurdu. Hesabdan razıyam, lakin fikrimcə oyunun nəticəsi ədalətli olmadı. "Turan"a həm çempionatda, həm də kubokda uğurlar arzulayıram".

0
0