“AZAL Süleymanovun gəlişindən sonra daha yaxşı oynayır”
11.12.2010 - 19:55
“AZAL Süleymanovun gəlişindən sonra daha yaxşı oynayır”
"Nazim Süleymanovun gəlişindən sonra AZAL daha da yaxşı oyun göstərir, komanda çempionatın liderlərindən biridir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının "İnter" klubunun baş məşqçisi Kaxaber Sxadadze deyib.

Gürcüstanlı mütəxəssis Unibank Premyer Liqasının XVII turunun AZAL-la oyunu haqda fikirlərini açıqlayıb: “Oyun boyu üstünlük bizdə oldu, yaxşı oyun göstərdik. Futbolçularımı bu nəticəyə görə qınaya bilmərəm. Komandamız hər oyunu belə oynasa yaxşı nəticə əldə edəcəyik. Ümid edirəm ki, qışda heyətimizi daha da gücləndirib mükafatçılar sırasına düşmək uğrunda mübarizəni davam etdirəcəyik".

Qeyd edək ki, “İnter” – AZAL matçında qalib müəyyənləşməyib – 1:1.

Mənbə: pfl.az