Nazim Süleymanov: Bu oyunun nəticəsi ədalətli oldu
11.12.2010 - 20:01
Nazim Süleymanov: Bu oyunun nəticəsi ədalətli oldu
"Hər iki komandanın futbolçuları gözəl oyun göstərdi, fikrimcə azarkeşlər də oyundan razı qaldı”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının AZAL klubunun baş məşqçisi Nazim Süleymanov deyib.

O, Unibank Premyer Liqasının XVII turunun “İnter”lə heç-heçə (1:1) bitən qarşılaşması haqda fikirlərini açıqlayıb: “Çoxlu qol epizodları yaratdıq, oyunun nəticəsi ədalətli oldu. Komandama sonadək mübarizə apardıqları üçün təşəkkür edirəm. "İnter" komandasına gələcək oyunlarda uğurlar arzu edirəm".

Mənbə: pfl.az