Vinfred Şafer: “Neftçi” ilə oyunda bizə qələbə vacib idi
11.12.2010 - 20:51
"Bugünkü oyuna çox ciddi hazırlaşmışdıq. Azərbaycanın ən güclü komandalarından olan "Neftçi" ilə oyunun çətin keçəcəyini bilirdik”. Apasport.az satrının məlumatına görə, bu sözləri "Bakı" klubunun baş məşqçisi Vinfred Şafer deyib.
Almaniyalı mütəxəssis Unibank Premyer Liqasının XVII turunun “Neftçi” ilə oyunu haqda fikirlərini açıqlayıb. Şafer 2:0 hesablı qələbənin zəruriliyindən danışıb: “Ötən tur "Simurq"a məğlub olmuşduq, kubokda "Muğan"la çətin oyun keçirdik, bugünkü oyunda bizə qələbə vacib idi. Futbolçularım verilən tapşırıqları tam yerinə yetirdilər. Qələbə qazandığımız üçün şadam, komandamı qələbə münasibəti ilə təbrik edirəm".
Mənbə: pfl.az

0
0