“Anji” Mahir Şükürovu təbrik etdi
13.12.2010 - 16:25
Rusiyanın “Anji” klubu azərbaycanlı futbolçusu Mahir Şükürovu təbrik edib. Apasport.az saytının məlumatına görə, Mahaçqala təmsilçisi rəsmi saytına yığmamızın yarımmüdafiəçisi 28 yaşı tamam olması münasibəti ilə təbriklərini çatdırıb. “Anji” Mahirə can sağlığı, uğurlar və xoşbəxtlik arzulayıb.
Qeyd edək ki, Şükürov ötən mövsümün əvvəlindən “Anji”də oynayır.
Qeyd edək ki, Şükürov ötən mövsümün əvvəlindən “Anji”də oynayır.
0
0