Berti Foqts sorğu-sual olunacaq
13.12.2010 - 16:21
Berti Foqts sorğu-sual olunacaq
Azərbaycan millisinin mətbuat üçün açıq məşqi olacaq. Apasport.az saytının məlumatına görə, təlim-məşq toplanışı keçirən yığmamızın dekabrın 15-də, saat 09:40-da baş tutacaq məşqi media işçiləri üçün açıq olacaq.

Bu məşq Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda gerçəkləşəcək. Həmin gün saat 12:00-da isə, Aeroport oteldə millinin baş məşqçisi Berti Foqtsun mətbuat konfransı təşkil olunacaq.

Mənbə: affa.az