Premyer Liqanın təqvimində növbəti dəyişiklik
13.12.2010 - 16:39
Premyer Liqanın təqvimində növbəti dəyişiklik
Unibank Premyer Liqasının təqvimində daha bir dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, XIX turda keçiriləcək “Qəbələ" - "Bakı" matçı əvvəlcədən nəzərdə tutulduğu vaxtda keçirilməyəcək.

Belə ki, dekabrın 25-nə nəzərdə tutulan qarşılaşma ayın 23-də oynanılacaq. Buna klubların PFL-ə ünvanladığı məktub səbəb olub. Hər iki komanda qarşıdan gələn bayramlarla əlaqədar qarşılaşmanın vaxtının dəyişdirilməsi xahiş edib. Hər iki klubun qarşılıqlı razılıq məktubuna əsaslanan PFL turun digər matçları kimi, bu oyunun da tarixinin önə çəkilməsinə qərar verib.

Mənbə: pfl.az