“Qızıl unitaz” sahibini tapdı
13.12.2010 - 16:51
İtaliya çempionatında ilin ən uğursuz futbolçusu üçün verilən “Qızıl unitaz” növbəti dəfə eyni futbolçuya qismət olub. Apasport.az saytının məlumatına görə, cari mövsüm “Flamenqo”dan “Roma”ya transfer edilən braziliyalı Adriano yenidən A seriyasının ən zəifi sayılıb.
Cəmi 3 matçda forma geyinən hücumçu 2006 və 2007-ci illərdə də “Qızıl unitaz”a “layiq görülüb.
“Yuventus”dan Amauri ikinci, “Milan”ın futbolçusu Ronaldinyo isə siyahıda üçüncü olub.
Qeyd edək ki, əvvəlki illərdə “Qızıl unitaz”a Rivaldo (2003), Nikola Leqrotalye (2004), Kristian Vyeri (2005), Rikardu Kuarejma (2008) və Felipe Melo (2009) kimi ulduzlara verilmişdi.

0
0