Nə transfer qiyməti bəllidir, nə də müştərisi
13.12.2010 - 17:19
“Neftçi” klubunun prezidenti Sadıq Sadıqov transferə çıxardıqları futbolçu Fərid Quliyevlə görüşəcək. Bu haqda apasport.az saytına Sadıqovun özü məlumat verib. Onun sözlərinə görə, 12 gün əvvəl transferə çıxarılan 24 yaşlı hücumçu ilə bağlı hələlik onlara müraciət edən yoxdur.
“Hələ tam qərar verməmişəm ki, onu buraxıram, ya yox. Baş məşqçinin təklifi oldu ki, Fəridi transferə çıxaraq. Yəni, 2 hücumçumuz olduğundan, onun ehtiyatda oturmasını istəmədik. Sabah Fəridlə görüşəcəyəm. Deyəcəm ki, hələlik bizim futbolçusan, ancaq özünə klub tapmağa şans verəcəm. Sonra klub tapmaq çətin olar” – deyə, Sadıqov bildirib.
Klub rəhbərini vurğulayıb ki, milli komandamızın futbolçusu üçün transferi qiyməti müəyyənləşməyib: “Fərid özünə komanda tapa bilməzsə, bir şey fikirləşək. Biz də istərdik ki, gedib ürəyi istəyən klubda oynasın. Fəridlə sabah görüşməliyəm və onunla bağlı bütün məsələlərə aydınlıq gələcək. Onunla söhbətimizdə üçüncü bir insan olmayacaq”.
Mehman SÜLEYMANOV

0
0