AZAL-dan super stadion - FOTOSESSİYA
13.12.2010 - 17:39
AZAL-dan super stadion - FOTOSESSİYA
Bakının AZAL klubunun yeni stadionunda görülən işlər tamamlanmaq üzrədir. Apasport.az saytının məlumatına görə, yaxın zamanlarda hazır olacaq arenada ot örtüyünün döşənməsi və tribunalarda son tamamlama işləri aparılır.

Müasir standartlara cavab verən və yüksək zövqlə tikilən idman qurğusunun indiki durumu da artıq göz oxşayır. Bunu əldə etdiyimiz stadionun görüntülərinə əsasən də söyləmək olar. Bir müddət əvvəl arenanın maketini təqdim edən AZAL arxada qalan müddət ərzində layihəni reallığa çevirməyi bacarıb.