Sadıq Sadıqov: Bu, hələ jurnaldır
13.12.2010 - 18:30
Bakının “Neftçi” klubunun prezidenti Sadıq Sadıqovun apasport.az saytına müsahibəsi
- Çempionatda ardıcıl 2 oyunda qələbə qazana bilməyən komandanız 5 xal itirib. Üstəlik, hesabat turunda “Bakı”ya uduzmaqla, liderliyi əldən verdiniz...
- Əlbəttə, birinci pillədəki yeri itirmək istəməzdim. Buna görə pis oldum. Ancaq “Bakı” layiqli qələbə qazandı. Bu münasibətlə rəqibi, həmkarım Hafiz Məmmədovu təbrik edirəm. Hafiz müəllim Azərbaycan futboluna böyük diqqət və qayğı göstərdiyindən, onun da böyük əməyi var. “Bakı” meydana qələbə üçün çıxmışdı və 3 xalı öz gücü ilə qazandı. Hər şey göz qabağında oldu. Bildiyiniz kimi, komandamızda zədəli futbolçular var. Bu qarşılaşmada gənclərə üstünlük verdik, 7 azərbaycanlı ilə oynadıq. Flavinyo və Alessandro Vyana da Silva zədəli idi. Rəşad Abdullayevin yüksək hərarəti olduğundan, meydana buraxmadıq. Rail Məlikovla Denis Silva qarşılaşmaya demək olar zədəli çıxmışdılar. Zədə ucbatından heyətdə bir az korluq çəkirdik. Ancaq bununla belə, komandanın yenidən zirvəyə dönməsinə çalışırıq. Hələ qabaqda çox gərgin oyunlar, “altılıq” mübarizəsi var. Çalışacağıq ki, bu nöqsanları aradan qaldıraq. “Neftçi”nin məqsədi gənc futbolçuların təcrübəsini artırmaqdır. İndidən gənclərə şans veririk ki, gələcəkdə futbolumuzun inkişafında onların böyük yeri olsun, milli komandaya çağırılsınlar. Hər oyunda qalib gəlmək olmur ki...
- Görüşdən sonra baş verən xoşagəlməz olaylarla bağlı nə deyə bilərsiniz?
- Hər oyundan sonra belə şeylər olur. Vallah, bunu o qədər şişirtdilər ki... Mən də orada olmuşam. Futbolçular arasında nəsə münaqişə olub, bir-birlərini söyüblər, nə ediblərsə, bilmirəm. Belə şeylər meydanda olan şeydir. Nə oldusa, meydançada qaldı. Orada nəsə dartışma olub, sonra paltardəyişmə otağına giriblər. Futbolçulara iradlarımı bildirmişəm. Dedim ki, belə şey olmaz, buna son qoymaq lazımdır. Oyunla udmaq lazımdır, söyüşlə yox.
- Gənclərin oynaması yaxşı hal olsa da, komandanın qarşısına nəticə qoyulub – çempionluq və kuboku qazanmaq. Buna görə də ilk növbədə baş məşqçi məsuliyyət daşıyır. Gənc çalışdırıcınız Arif Əsədovun işindən nə dərəcədə razısınız?
- Azərbaycan futbolu gənclərin üzərində qurulduğundan, onlara indidən önəm verməliyik. Yerli məşqçilərdən Qurban Qurbanov, Nazim Süleymanov, Arif Əsədov uğurla çalışırlar. Mən bəzi məsələlərə toxunmaq istəmirəm. Ancaq onu deyim ki, yerli məşqçiyə üstünlük vermək əvvəlcədən məqsədim olub. Hazırda Əsədovun işindən tam razıyam. Əsasən 20 yaşlı futbolçulardan qurulan heyəti meydana çıxarır. Bildiyiniz kimi, “Bakı”da güclü futbolçular, səviyyəli legionerlər var. Onlara qarşı oynamaq “Neftçi”nin gəncləri üçün asan deyil. Bilirdik ki, “Bakı” bizə asan təslim olmayacaq. Sadəcə, komandamızın çıxışına zədə problemləri mənfi təsir göstərir. Heç bir prezident istəməz ki, komandası uduzsun. Ancaq bunda baş məşqçilik bir şey yoxdur. Saytlardan ukraynalı Aleksey Mixayliçenkonun “Neftçi”yə gəlməsi haqda informasiyalarla tanış oluram. Bəyan edirəm ki, belə şey yoxdur, Mixayliçenko ilə anlaşmamız olmayıb. O, heç marağımızda deyil. Bu informasiyanın haradan qaynaqlanması bilinmir. Mixayliçenko xəbərini təkzib etmişik. İnanırıq ki, Arif müəllim bizi çempionluğa aparacaq.
- Amma hər bir baş məşqçiyə müəyyən etimad limiti var...
- Etimad limiti deyəndə ki, “Neftçi” 17 turdan sonra 2-ci yerdədir. Məgər komanda keçən mövsüm neçənci yerdə idi?
- Bundan qat-qat aşağı...
- Bəli. Deməli, sağ olsun Arif müəllim ki, təcrübəsi, komandaya qarşı istiqanlılığı, çalışqanlığı ilə komandanı bu yerə gətirib çıxarıb. Komanda yayda yığılıb. Bəzi klub çalışdırıcıları deyir ki, komanda yeni yığılıb, bizə 3-5 il şans verin. Ancaq Əsədov heç kimdən şans istəmədi. Biz də “Neftçi”ni yenidən qurduq, futbolçuların çoxu əvəzedici heyətdən gəldi. 14 legioneri qovduq, 2 yerli futbolçu ilə müqaviləmizi ləğv etdik. Mövsümə 9 yeni legionerlərlə başladıq. Yeni komandamız uğurları ilə azarkeşlərini sevindirir. Bu gün “Neftçi”nin “Bakı”ya uduzması o demək deyil ki, komandamız yenə aşağı yerlərə düşəcək. Yox, belə deyil. “Neftçi”nin öz sözünü deməyə vaxtı var. Allah qoysa, bunu gələcək göstərəcək. Bizim gərgin mübarizəmiz hələ qabaqdadır. Bu, hələ jurnaldır.
- Belə çıxır ki, Əsədov özü getməsə, mövsümün gedişində baş məşqçi dəyişikliyi etmək fikrində deyilsiniz?
- Yox. Səmimi deyirəm ki, bu gün bizdə yeni baş məşqçi söhbəti yoxdur. Yanvarın əvvəlində Antalyaya təlim-məşq toplanışına gedirik. Orada 2 dəfə hazırlıq keçəcəyimiz sizə məlumdur. Komanda Arif müəllimin rəhbərliyi altında ora yollanacaq.
- Ancaq əlinizdə məşqçilərin siyahısının olması ilə bağlı açıqlama vermisiniz...
- Yeni baş məşqçi gəlirsə, burda olar. Düzdür, ola bilsin ki, kiməsə təklif edilib. Ancaq bu, həmin məşqçi ilə işləmək fikrimin olması demək deyil. Hələ ötən mövsümün sonunda söz-söhbətlər yayıldı ki, Əsədov gedir, yerinə başqasını gətirirlər. Həmin vaxt da sözümü dedim ki, mən bu baş məşqçiyə inanıram və onunla yolumuzu davam etdirəcəyik. Əgər bu gün belə bir problem olsa, onu gizlətməyin nə mənası var ki? Mən bu gün açıqlama verirəm, sonra sabah deyirəm ki, bu, mənə yaramadı. Bundan sonra ikinci müsahibəni necə verə bilərəm? Onda siz məndən soruşarsınız ki, Arif Əsədov niyə getdi.
- Problem ondadır ki, Azərbaycan futbolunda çalışanların əksəriyyəti səmimi deyil. Bu gün söylədiyi fikirləri sabah başqa cür danışırlar...
- Qardaş, baş məşqçinin getməsinə 3-4 ay qalmış özünə və mətbuata bildirəcəyəm. “Neftçi”dən bəzi futbolçuların gedəcəyi deyilir. Amma heyəti qoruyacağıq və indi hansısa futbolçu ilə vidalaşmaq fikrimiz yoxdur.
- Yayda transfer etdiyiniz braziliyalı müdafiəçi Denis Silvanın cari mövsümdə uduzduğunuz hər iki oyunda – “Xəzər Lənkəran” və “Bakı” ilə görüşdə buraxılan qollarda ciddi səhvləri oldu. Ondan narazısınız?
- Hansısa futbolçumuzdan narazılığım yoxdur. Hər biri əllərindən gələni edir. Səhv olur da, dahilər də səhv edir. Həyatda səhvsiz insan yoxdur. Bir gün meydana yaxşı, o biri gün pis əhval-ruhiyyədə, başqa vaxta zədəli çıxır. Hər bir oyunu eyni səviyyədə keçirmək mümkün deyil.
- Yeni futbolçuların transferi ilə bağlı vəziyyət nə yerdədir?
- Axtarışlarımız davam edir. Bildiyiniz kimi, Paulius Qribauskas zədələnəndən sonra bizə 3-4 ay kömək edə bilməyəcəyi haqda məlumat gəldi. Əzələ bağlarında qırılma var idi. Qapıçı cəhətdən böyük problemimiz var. Sabah Rauf Mehdiyev zədələnsə, gənc qapıçımız Elçin Sadıqova derbi, “altılıq” oyunlarını həvalə etmək olmaz. Ona görə də bu gün ən vacib qapıçı axtarışındayıq. İstəyirik ki, özümüzə yaxşı qapıçı tapaq. Yarımmüdafiənin mərkəzinə Flavinyo səviyyəsində yaxşı legioner axtarırıq. Yəqin ki, “Neftçi” Türkiyəyə gedənə kimi bu məsələlər həll olunacaq və onlara baxacağıq. Kimləri götürdüyümüz fasilədə bilinəcək.
Mehman SÜLEYMANOV

0
0