Deyəsən, ingilislər “Neftçi”yə “atıb”...
14.12.2010 - 00:01
“Neftçi” rəhbərliyi İngiltərənin “Everton” və Rusiyanın “Rubin” klubunun rəsmilərini gözləməkdə davam edir. Apasport.az saytının xəbərinə görə, “Everton” transfer etmək istədiyi 18 yaşlı yarımmüdafiəçi Araz Abdullayevlə, “Rubin” isə “ağ-qaralar”a icarəyə verdiyi özbək hücumçu Bahodir Nasimovla bağlı danışıq aparmaq üçün Bakıya nümayəndə göndərməli idi.
Klubun prezidenti Sadıq Sadıqov bildirib ki, ingilislər hələ ötən ayın sonunda gəlməli imiş: “Viza probleminin həllində onlara kömək etdik. Böyük Britaniya səfirliyinə rəsmi məktub da yazdıq. Xanım səfir Bakıda keçiriləcək mətbuat konfransında iştirak etməkdə maraqlıdır. Dəvətimi qəbul etdiyini məktubla cavablandırdı. Ancaq “Everton” nümayəndələrinin gəlişi yubanır, hər dəfə əlaqə saxlayırıq. Ayın ortasına deyilib, gözləyirik. Arazın müqaviləsi 90 faiz həll olunub. Gəlmək artıq onların problemidir. Biz tərəfdən heç bir problem yoxdur. “Rubin”ə gəlincə, onlar bu ayın 15-ə qədər gəlməlidir. Dünən özüm danışmışam, bunu tam səmimi deyirəm. Bahodirin meneceri ilə “Rubin”in nümayəndəsinin gəlişi nəzərdə tutulub”.
Mehman SÜLEYMANOV

0
0