Sadıq Sadıqov: Onların gəlməsində problem var
14.12.2010 - 00:10
“Artıq menecerlərdən komandamıza legionerlərlə bağlı təkliflər var”. Bu sözləri apasport.az saytına açıqlamasında Bakının “Neftçi” klubunun prezidenti Sadıq Sadıqov deyib.
Qış fasiləsində heyətini gücləndirəcək “ağ-qaralar” 2 mövqeyə əcnəbi futbolçu gətirəcək. Sadıqov bunun üzərində müzakirələr aparıldığını bildirib: “Məşqçilər heyəti ilə birgə hər gün 2-3 saat müzakirə aparırıq. Qapıçı məsələsini bununla məşğul olan məşqçilərimizə həvalə etmişik, onlar baxırlar. Tam qərarı Antalyaya getmək ərəfəsində verəcəyik. Onda deyəcəyik ki, kimləri dəvət edirik. 2 legioner transfer edəcəyik ki, biri qapıçı, digəri orta sahədə təcrübəli futbolçu olacaq”.
“Ağ-qaralar” “transfer pəncərəsi” açılan zaman üstünlük verdiyi yerli futbolçuları da heyətinə cəlb etmək istəyir. Ancaq prezident bununla bağlı problemlərinin olduğunu gizlətmədi: “Çünki o səviyyədə yerli futbolçulardan boş olan yoxdur, hamısı klublarda oynayır, müqavilələri var. Biz də bunu nəzərə aldıq. Düzdür, yerli futbolçulardan bizə kömək edə bilənlər var. Ancaq bu gün onların gəlişi ilə problem var ki, bu da klublarla müqavilələri ilə bağlıdır. İndiki durumda yaxşı futbolçunu heç bir klub verməz. Ancaq mən istərdim ki, “Neftçi”yə hansısa, xüsusilə orta sahəyə yerli futbolçu gəlib, kömək etsin”.
Mehman SÜLEYMANOV

0
0