Azərbaycan - Danimarka matçı pəncərəyə düşmədi
14.12.2010 - 00:04
Gələn ilin yanvar-fevral aylarında Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) təlim-məşq toplanışında olacaq Azərbaycan və Danimarka milliləri arasında keçiriləcək yoldaşlıq oyunu FİFA-nın yoxlama görüşləri üçün təyin etdiyi tarixə təsadüf etməyəcək. Apasport.az saytının məlumatına görə, buna danimarkalıların İngiltərə Futbol Assosiasiyası ilə danışıqları müsbət yekunlaşdırması səbəb olub.
Belə ki, ilin əvvəlinə təsadüf edən FİFA-nın ilk oyun günündə Morten Olsenin yetirmələri futbolun yaradıcıları ilə qarşılaşacaq. Bu görüş fevralın 9-na təsadüf edəcək. Danimarkalılar Kopenhagendəki görüşə BƏƏ toplanışını başa vurub, vətənə qayıtdıqdan sonra çıxacaqlar. Bu rəqiblərin 2005-ci ildə baş tutan son oyununda Olsenin komandası rəqibini darmadağın edib – 4:1.
Qeyd edək ki, danimarkalıların digər yoxlama oyunu yanvarın 27-də BƏƏ-də Moldovaya qarşı keçiriləcək.

0
0