“Qalatasaray”da ciddi islahatlar gözlənilir
13.12.2010 - 19:13
“Qalatasaray”da ciddi islahatlar gözlənilir
Ardıcıl 3 ev oyununda xalsız qalan Türkiyənin “Qalatasaray” klubunu ciddi islahatlar gözləyir. Apasport.az saytının məlumatına görə, tribunaların “rədd olun, gedin” sədalarını səsləndirməsindən sonra komandanın baş məşqçisi Georgi Hacı da yeniliklərlə bağlı planlarını qurub.

Türk həmkarlarımız rumıniyalı mütəxəssisin hələ rəhbərliyə təqdim etmədiyi siyahıda olan futbolçuların adlarını öyrənə biliblər. Onların iddiasına əsasən, 4-5 oyunçu komandadan xaric olunacaq. Yeni transfer olunmasına baxmayaraq Misimoviçin bu siyahıda ilk sırada olacağı gözlənilir. Onunla yanaşı, Sərvət Çətinin də “qara siyahı”da olacağı ehtimal olunur. Əslən azərbaycanlı olan bu futbolçunun aqibətini Hakan Balta da yaşaya bilər.