Ko Adrianse: Azərbaycan yığması oyuna çox yaxşı başlamışdı
14.12.2010 - 00:00
“Azərbaycan yığması oyuna çox yaxşı başladı”. Apasport.az saytının xəbərinə görə, bunu Qətərin 23 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi Ko Adrianse deyib.
Tanınmış mütəxəssisin çalışdırdığı komanda öz meydanında keçirdiyi yoldaşlıq matçında 21 yaşlılardan ibarət millimizi məğlub edib. 2:1 hesablı qələbədən sonra Adrianse oyun barədə fikrilərini açıqlayıb: “Rəqibimiz beş yarımmüdafiəçi ilə oynadığı üçün qapımız qarşısında tez-tez təhlükə yarada bilirdi. Buna cinah müdafiəçilərimizin zəif oyunu da şərait yaradırdı. İkinci hissədə müdafiəçilərimiz daha fəal oynamağa başladı və bu dəfə biz yarımmüdafiədə üstünlük əldə edərək rəqibin əks-hücum qurmasına imkan vermədik”.
Mənbə: affa.az

0
0