Alman məşqçi millimizin futbolçularından gileyləndi
14.12.2010 - 00:08
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Bernard Lippert Qətər (U-23) millisi ilə yoldaşlıq oyunundan sonra fikirlərini bildirib. Apasport.az saytının xəbərinə görə, almaniyalı çalışdırıcı 1:2 hesabı ilə uduzduğumuz görüşdə futbolçuların fiziki hazırlığından razı qalmadığını söyləyib: “İlk 20 dəqiqə istisna olmaqla, oyundan razı qalmadım. Futbolçularımız fiziki cəhətdən hazır deyildi. Bu da ikinci hissədə tez-tez konsentrasiyanın itməsinə və yersiz top itkilərinə səbəb olurdu. Bir neçə futbolçumuz bizimlə olmadığından, komandadaxili rəqabət də istənilən səviyyədə deyildi. Qapımıza təyin olunan penalti haqsız olsa belə, Qətər yığmasının layiqli qələbə qazandığını düşünürəm. Qarşılaşdığımız komandanın Qətərin U-23 yığması olduğunu da qeyd etmək lazımdır”.
- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
0
0