AFFA rəsmi sığortaçısı ilə “Landmark”da anlaşacaq
14.12.2010 - 09:41
AFFA ilə “Paşa Sığorta” arasında rəsmi müqavilənin bağlanma mərasiminin vaxtı və məkanı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, assosiasiya rəsmi sığortaçısı olan qurumla anlaşmasını dekabrın 21-də saat 12:30-da “Landmark”n “Rotunda” zalında imzalayacaq. Məlum olduğu kimi, milli komandaların ən yaxşı futbolçularının mükafatlandırma mərasimi də həmin gün orada keçiriləcək. Əvvəlcə tərəflər arasında müqavilə imzalanacaq, sonra isə ilin ən yaxşıları mükafatlandırılacaq.
Mənbə: affa.az
Mənbə: affa.az
- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
0
0