“Neftçi”nin prezidenti Mirça Luçesku ilə görüşə gedir
14.12.2010 - 10:13
AFFA prezidenti Rövnəq Abdullayevlə “Neftçi” klubunun rəhbəri Sadıq Sadıqov dəvət aldığı "I Uluslararası Spor Ajans Spor Adamları Ödül Gecəsi"nin proqramı açıqlanıb. Apasport.az saytının məlumatına görə, dekabrın 20-də İstanbul Ceylan Beynəlxalq Mərkəzində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Əvvəl Sporajans.com.tr saytının oxucularının səsləri ilə müəyyənləşən Türkiyə Mətbuat İşçiləri və İdman adamları mükafatlarını alacaq. Yalnız bundan sonra Dünya İdman adamları öz mükafatlarına sahib çıxacaqlar. Həmyerlilərimizlə yanaşı mükafatçılar sırasında İran Futbol Federasiyasının prezidenti Əli Kaffasian, bu ölkənin “Mis Kerman”in prezidenti Fətulla Necad Zamani və “Qalatasaray”ın sabiq qapıçısı Gintaras Stauçe də olacaq.
Bu tədbirdən əvvəl saat 18:00-da isə Arel Universitetində Türkiyənin dünya futbolundakı roluna həsr olunan görüş baş tutacaq. Burada Ukraynanın “Şaxtyor” klubunun baş məşqçisi Mirça Luçesku, Rumıniya yığmasının çalışdırıcısı Razvan Luçesku, Türkiyə millisinin sabiq çalışdırıcısı Mustafa Dənizli, həmçinin tanınmış jurnalist Ömər Üründül qonaq qismində, Can İpekçi isə aparıcı kimi çıxış edəcəklər.

0
0