3 ay durdu, sonra vurdu
14.12.2010 - 10:19
Unibank Premyer Liqasının XVI turu arxada qalsa da, bir sıra məqamları ilə diqqəti çəkdi. Ən əsası, bu turda lider dəyişikliyi oldu. “Xəzər Lənkəran” ilk dövrədə səfərdə “Gəncə”yə ağır məğlubiyyətdən (1:4) sonda əldən verdiyi liderliyi elə bu komanda üzərində qələbə ilə qaytardı. Düzdür, bu müddətdə, lənkəranlılar zirvəyə qayıtsalar da, bu, çox qısa müddətli olmuş, “Neftçi”nin qələbəsi ilə hər şey əvvəlki məcrasına qayıtmışdı. Bu dəfə “Neftçi”nin məğlubiyyəti “Xəzər Lənkəran”ı zirvədə saxladı. Son turda oyunların hər birinə qısa nəzər yetirib, maraqlı məqamları diqqətinizə çatdırırıq.
“Qəbələ” – “Turan” – 1:0
Hər iki oyunda “Turan”ın qənimi yerli futbolçular oldu. “Qəbələ”də olan azsaylı azərbaycanlı oyunçular öz sözlərini deyərək, qələbədə pay sahibi oldular. Özü də 1:0 hesabı ilə nəticələnən oyunlarda qələbə topların müəllifləri yığmamızın müdafiəçiləri oldu. Tovuzda Saşa Yunisoğlu, Qəbələdə Nodar Məmmədov komandalarına 3 xal qazandırdı.
“Muğan” – MOİK – 1:0
“Muğan” rəqibindən ilk dövrədəki məğlubiyyətin əvəzini minimal hesablı olsa, qələbə ilə çıxdı. Maraqlıdır ki, salyanlılar bunu səfərdəki oyunda acısını çəkdiyi yolla etdi. Məsələ ondadır ki, “Muğan” Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda 2:3 hesabı ilə uduzduğu görüşdə penalti zərbəsindən istifadə edə bilməmişdi. Komandanın kapitanı Elnur Abdullayev hesabda 0:1 geridə olduqları zamanı gürcü qapıçı Amiran Qventsadze ilə dueldən məğlub ayrılmışdı. Düzdür, qonaqlar sonra nəinki tarazlığı bərpa etmiş, hesabda irəlidə də çıxmışdı. Ancaq ilk turdakı həmin oyun MOİK-in hələ ki yeganə qələbəsi ilə nəticələndi. Amiran artıq “hərbçilər”i tərk edib və bu dəfə qapıda Davud Kərimi idi. “Muğan” qələbə topunu penalti ilə vurur. Ancaq bu dəfə nöqtəyə Elnur yox, bosniyalı komanda yoldaşı Miloş Zeçeviç yaxınlaşır və zərbəsi dəqiq olur.
“Simurq” – “Qarabağ” – 0:1
“Qarabağ” nəhayət, Zaqatalada qələbəyə sevindi. 2006-cı ildən güclülər dəstəsində oynayan “Simurq” ağdamlılarla cari mövsümə qədər görüşlərdə məğlubedilməzliyini qoruyurdu. Qurban Qurbanovun çalışdırdığı komanda nəhayət, bu çempionatda tilsimi qırdı. Düzdür, hər iki oyunda qələbələr çətinlikdə, yalnız 1 top fərqi ilə əldə edilsə, hər halda, nəticə qazanıldı. Vaxtilə millimizin üzvü olan, “Qarabağ”da isə əsas heyətə düşməyən Aftandil Hacıyev sonradan meydana çıxaraq, oyunun taleyini həll etdi. Özü də bu, ağdamlıların “Simurq”a səfərdə vurduğu ilk qol kimi tarixə düşdü. Qurbanovun əslən Zaqataladan olması də diqqəti çəkən məqamdır.
“İnter” – AZAL – 1:1
“İnter”in bolqarıstanlı futbolçusu Petar Zlatinov yenə öz sözünü dedi. Söhbət onun iddialı komandalarla oyunlarda qol vurmasından gedir. Ölkəmizdə oynadığı 3 ildə bir sıra güclülərlə matçlarda rəqibin qapısına yol tapan yarımmüdafiəçi az qol buraxan AZAL-ı da məyus etdi. Düzdür, Zlatinovun qolu bu dəfə qələbə gətirmədi. “Təyyarəçilər” az sonra məğlubiyyətdən xilas ola bildi. Komandanın litvalı bombardiri Qvidas Yuşka “İnter”lə hər iki oyunda qol vurmağı bacardı. Özü də hücumçu yığmaların sabiq təcrübəli qapıçılarına - ilk dövrədə Dmitri Kramarenkoya, indi isə gürcü Georgi Lomayaya qol vurdu.
“Xəzər Lənkəran” – “Gəncə” – 1:0
Deyəsən, “Xəzər Lənkəran”ın honduraslı futbolçusu Allan Lalin yaman qızışıb. Ölkəmizdə ikinci mövsümünü keçirən hücumçu 3 aydır qol vurmurdu. Lalin son bir həftədə isə üç dəfə buna nail oldu. Maraqlıdır ki, Allan hər üç halda hesabı açaraq, qələbənin təməlini qoyur. O, ilk olaraq “Turan”la səfər oyununda (2:1) bunu gerçəkləşdirdi. Lalin ötən həftə ortası I divizion təmsilçisi “MKT-Araz”la evdəki kubok görüşündə (3:1) qol vurdu. Son qolunu da Lənkəranda vuran Allan “Gəncə” ilə prinsipial oyunda komandasına çətin, vacib qələbə qazandırdı – 1:0.
“Neftçi” – “Bakı” – 0:2
“Bakı” həmşəhərlilərinə nəhayət, qalib gəldi. Bakı derbisinin iştirakçıları ötən mövsüm 4 dəfə görüşsələr də, “zolaqlılar” heç birində qalib gələ bilməmişdi (0:2, 1:1, 0:1, 1:1). Cari mövsümün ilk dövrəsində də uduzan “Bakı” 20 aydan sonra istəyinə çatdı – 2:0. Komanda bunadək “Neftçi” üzərində sonuncu qələbəsini çempion olduğu 2008/09 mövsümündə əldə etmişdi. Ötən ilin fevralın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən həmin görüş də “Bakı”nın 2:0 hesablı qələbəsi ilə nəticələnmişdi.
Mehman SÜLEYMANOV

0
0