“Rubin” Azərbaycan millisinin sabiq futbolçusunu alır
14.12.2010 - 10:33
Azərbaycan yığmasının sabiq futbolçusu Şamil Lahiyalov karyerasını “Rubin” klubunda davam etdirəcək. Apasport.az saytının məlumatına görə, Kazan təmsilçisi “Terek”lə müqaviləsi bitən 31 yaşlı hücumçu ilə danışıqlara başlayıb.
Keçid yaxın günlərdə rəsmiləşəcək. Şamil “Rubin”də Belarus yığmasının hücumçusu Sergey Kornilenkonu əvəzləyəcək. O, icarəsi bitdiyindən, müqaviləsi olan “Zenit”ə qayıdır.
Qroznı futbol məktəbinin yetirməsi olan Lahiyalov son üç mövsümü “Terek”də keçirib, 68 oyuna 18 qol vurub. Onu vaxtilə yığmamıza Şahin Diniyev gətirib. Hücumçu Mahaçqalanın “Anji” və “Dinamo” klublarında, habelə, “Saturn”un əvəzedicilərində oynayıb.

- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
0
0